...

ƏƏSMN: Vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı 1,5 dəfə azalıb

Cəmiyyət Materials 18 İyul 2014 11:16 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) son 6 ayda 8500 nəfərə yaxın vətəndaşın müraciəti dinlənilib.
ƏƏSMN: Vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı 1,5 dəfə azalıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlkin İzzət/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) son 6 ayda 8500 nəfərə yaxın vətəndaşın müraciəti dinlənilib.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Nazirliyinrəhbərliyi tərəfindən əhali ilə təmasların intensivləşdirilməsinə, mövcud problemlər haqqında ilk mənbədən məlumat alınması və qərar qəbul olunmasına xüsusi diqqət yetirilir.

Cari ilin ilk yarımilində əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən 649 nəfər, nazirliyin məsul işçiləri tərəfindən isə 7845 nəfər vətəndaş qəbul olunaraq müraciətləri dinlənilib. Qeyd olunan dövrdə vətəndaşlar tərəfindən ƏƏSMN-ə ünvanlanan 22050 yazılı müraciətdə qaldırılan əsas məsələlər araşdırılaraq müvafiq tədbirlər görülüb.

Müraciətlərdə əksini tapan məsələlərin obyektiv və ədalətli həlli istiqamətində görülən tədbirlərin nəticəsi kimi, son 6 ayda vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə azalıb. Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğunun "161-Qaynar xətt" əlaqə mərkəzindən nəzarət qaydasında ƏƏSMN-ə daxil olan müraciətlərin sayı da ötən ilin müvafiq dövrünə nisbətən 34 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti