...

Azərbaycan Ordusundakı komandirlərin şəxsi heyətlə iş üzrə müavinləri üçün təkmilləşdirmə kursu keçirilir

Cəmiyyət Materials 22 İyul 2014 18:07 (UTC +04:00)
İyulun 22-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində komandirlərin şəxsi heyətlə iş üzrə müavinlərinin hazırlıq səviyyəsini daha da artırmaq məqsədilə bir aylıq təkmilləşdirmə kursları başlayıb.
Azərbaycan Ordusundakı komandirlərin şəxsi heyətlə iş üzrə müavinləri üçün təkmilləşdirmə kursu keçirilir

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/

İyulun 22-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində komandirlərin şəxsi heyətlə iş üzrə müavinlərinin hazırlıq səviyyəsini daha da artırmaq məqsədilə bir aylıq təkmilləşdirmə kursları başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, kurs Silahlı Qüvvələrdə qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün bölmələrin silah və texnikanı mükəmməl mənimsəməsi ilə yanaşı, hərbi kollektivlərdə nizam-intizamın möhkəmləndirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, Vətənə hədsiz sədaqət, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının, hərbi andın, hərbi nizamnamələrin, müdafiə nazirinin əmrlərinin tələblərinin yerinə yetirilməsi, qəhrəmanlıq, igidlik nümunələrinin geniş yayılması, döyüş ruhunun səviyyəsinin artırılması məqsədini daşıyır.

Səxsi heyətlə iş üzrə zabitlər ümumqoşun hazırlığı üzrə nəzəri və praktiki məşğələlərdə iştirak edəcəklər. Onlara taktika, atəş hazırlığı, mühəndis, rabitə, hərbi topoqrafiya və başqa hərbi ixtisaslar barədə məlumat çatdırılacaqdır. Eyni zamanda kurs iştirakçıları hərbi psixologiya, sosiologiya, hüquq, beynəlxalq münasibətlər, Silahlı Qüvvələrdə tərbiyəvi işin təşkili və digər sahələr üzrə məlumatlar əldə edəcəklər.

Sınaqları uğurla keçmiş zabitlər müvafiq sertifikatlar alaraq xidmət etdikləri hərbi hissələrə qayıdacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti