...

ARGTMŞ tərəfindən növbəti beynəlxalq tədbirə start verilir

Cəmiyyət Materials 26 İyul 2014 13:02
Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Avropa Şurasının dəstəyi ilə “Şərqdən Qərbə Nifrət Nitqinə Yox” Regional Kampaniyasına start verilir.
ARGTMŞ tərəfindən növbəti beynəlxalq tədbirə start verilir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Avropa Şurasının dəstəyi ilə "Şərqdən Qərbə Nifrət Nitqinə Yox" Regional Kampaniyasına start verilir.

Şuradan Trend-ə verilən məlumata görə, tədbirin məqsədi Şərqi Avropa ölkələrinin gəncləri arasında əməkdaşlığın gücləndirilməsi və "Nifrət Nitqinə" qarşı birgə mübarizədə fəaliyyət planının tərtib olunmasıdır. Tədbirdə Fransa, Gürcüstan, Rusiya, Ukrayna, Belarus və Moldovanın Avropa Şurasındakı ekspertləri, "Nifrət Nitqinə Yox Hərəkatı" üzrə koordinatorları və Milli şuralarının rəsmiləri iştirak edəcəklər.

Tədbir çərçivəsində iştirakçılar tərəfindən "Nifrət Nitqinə Yox Hərəkatı" üzrə fəaliyyət planı hazırlanacaq və birgə kampaniyalar həyata keçiriləcək.

Tədbir iştirakçıları 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərinə səfər edəcəklər. Səfər çərçivəsində Gəncə şəhərinin gəncləri, gənclər təşkilatları və bir sıra dövlət strukturlarının nümayəndələri ilə görüşlər keçiriləcək.

30 iyul 2014-cü il tarixinədək davam edəcək tədbir çərçivəsində həyata keçirilən səfərlərdə iştirakçılar Azərbaycanın qədim tarixi və milli dəyərləri ilə də tanış olmaq imkanı əldə edəcəklər.

1-5 oktyabr 2014-cü il tarixində Azərbaycanın Avropa Şurasında sədrliyi çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Xarici İşlər Nazirliyi və Avropa Şurası tərəfindən "Nifrət Nitqinə Yox Forumu" təşkil olunacaq. Tədbir Avropa Şurası və Azərbaycan hökumətinin yüksək dərəcəli rəsmiləri və Avropanın 47 ölkəsindən 250-yə yaxın gəncin iştirakı ilə Qəbələ şəhərində keçiriləcək.

Xatırladaq ki, "Nifrət Nitqinə Yox Hərəkatı" Kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. 2012-2014-cü illər üzrə həyata keçirilən "Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi" layihəsinin bir hissəsidir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası "Nifrət Nitqinə Yox Hərəkatı" Kampaniyasının Azərbaycan üzrə koordinatorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti