...

Baş prokuror şimal-qərb bölgəsinin vətəndaşlarını Qazaxda qəbul edəcək

Cəmiyyət Materials 4 Avqust 2014 10:21 (UTC +04:00)
Baş prokuror Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Baş prokuror şimal-qərb bölgəsinin vətəndaşlarını Qazaxda qəbul edəcək

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İlkin İzzət/

Baş prokuror Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il avqustun 15-də saat 11:00-da Qazax rayon prokurorluğunun inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qazax rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti