Azərbaycan, Bakı, 8 avqust /Trend/
TÜRKSOY-un baş katibi Düsen Kaseinov ürəyindən uğurla əməliyyat olunub. Bu barədə Trend cümə günü təşkilatın mətbuat xidmətinə istinadən məlumat verir.
Hazırda onun səhhəti qənaətbəxşdir. D.Kaseinov əməliyyat sonrası bərpa dövrünü keçirərək işinə qayıda bilər.
O, 2008-ci ilin mayından TÜRKSOY-un baş katibidir.