...

Masallı meşəsində baş verən yanğın nəticəsində 2 hektar əraziyə ziyan dəyib

Cəmiyyət Materials 11 Avqust 2014 11:02 (UTC +04:00)
Qeyd edək ki, avqustun 10-da saat 16 radələrində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qəriblər meşəbəyliyinin 6A saylı dolayında yanğın hadisəsi baş verib.
Masallı meşəsində baş verən yanğın nəticəsində 2 hektar əraziyə ziyan dəyib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qəriblər meşəbəyliyinin 6A saylı dolayında baş verən yanğın bu gün səhər saatlarında lokallaşdırılıb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, avqustun 10-da saat 16 radələrində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qəriblər meşəbəyliyinin 6A saylı dolayında yanğın hadisəsi baş verib.

Məlumata görə, naməlum səbəblərdən baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hadisə yerinə cəlb olunmuş müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində bu gün səhər saat 9 radələrində söndürülüb. Yanğın nəticəsində 2 hektar əraziyə ziyan dəyib.

Hazırda yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti