Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycan hökuməti avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarına dəyişiklik edib.
Trend-in məlumatına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları"nda dəyişikliklər edilib.
"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 936-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 409 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alıb ki, Azərbaycan Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 746) ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nda dəyişikliklər edilsin.
Dəyişiklərə əsasən, daşıyıcının avtonəqliyyat vasitəsinin, habelə Azərbaycan Respublikasının "Avtomobil nəqliyyatı haqqında" Qanununun 53-cü, 54-cü və 55-ci maddələri ilə nəzərdə tutulmuş məsuliyyətinin sığortası könüllü qaydada həyata keçiriləcək.
10-cu hissənin adında "pretenziya və iddiaların" sözləri "pretenziyaların" sözü ilə əvəz edilib. 10.9-cu bəndin birinci cümləsindən hər iki halda "və ya iddia" sözləri çıxarılıb.
Bundan əlavə, 10.14-cü və 10.22-ci bəndlər ləğv edilib. 5. 40-cı hissənin adında "Pretenziya və iddiaların" sözləri "Pretenziyaların" sözü ilə əvəz edilib. 42.1.13-cü yarımbənd ləğv edilsin.
48.14-cü bənddə "Pretenziya və ya iddianı" sözləri "Pretenziyanı" sözü ilə əvəz edilib, "pretenziya təqdim edilmədikdə isə iddianın təqdim edildiyi gündən" sözləri çıxarılıb.