...

Mərkəzi Gömrük Hospitalı daha bir yeniliyə imza atıb

Cəmiyyət Materials 25 Avqust 2014 13:51 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalı daha bir yeniliyə imza atıb.
Mərkəzi Gömrük Hospitalı daha bir yeniliyə imza atıb

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalı daha bir yeniliyə imza atıb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hospitalın Urologiya şöbəsində prostat vəzinin xoşxassəli hiperplaziyaları zamanı respublikada ilk dəfə olaraq "Tulium Lazer"lə prostatektomiya əməliyyatlarına başlanıb. Tibbin ən son texnalogiyaları içərisində yer alan "Tulium Lazer" cihazı bu xəstəlikdən əziyyət çəkənlərin minimal fəsad riski ilə qansız və kəsiksiz müalicə olunmasına imkan verir.

Bu cihaz vasitəsilə prostat vəzinin adenoması, yəni böyümüş toxumanı buxarlandıraraq xaric olunması aparılır və bu, əməliyyat dövrünün qısa olması, qan itkisinin olmaması ilə seçilir. Əməliyyat qansız aparıldığına görə xəstə qan itirmir.

"Tulium Lazer" aparatı ölkəmizə İtaliyadan gətirilib və hospitalın mütəxəssislərinə yeni üsulun tətbiqi üçün xaricdə xüsusi treninqlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti