Azərbaycan, Bakı, 27 avqust /Trend/
Ukraynada yaşayan azərbaycanlılar ölkənin cənub şərqində baş verən silahlı münaqişədə zərər çəkənlərə 200 min avrodan çox dəyərində humanitar yardımı ediblər. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən Trend-ə daxil olan məlumata görə, BUAK-ın sədri, Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti Rövşən Tağıyev bildirib ki, onlar bunu Ukraynanın vətənpərvər "PrizubCik" təşkilatı ilə birgə ediblər.
Tibbi avadanlıqlardan ibarət olan yardım konvoyu döyüşlərin getdiyi Donetsk vilayəti, əsasən də yaralıların çox olduğu Mariupol şəhərinə çatdırılıb. Yardım avadanlıqları arasına Avropa istehsalı olan tibbi ləvazimatlar, çarpayılar, dərman preparatları və sair daxildir. Konvoy zərərçəkənlərə təşkilatın rəhbəri Roman Soviç ilə birgə təqdim olunub.
Bununla bağlı Donetsk vilayətinin qubernatoru Sergey Taruta bununla bağlı Kiyevə gələrək azərbaycanlıları rəsmi minnətdarlığını bildirib.