...

Gəncə şəhər 39 saylı tam orta məktəbin açılışı olub (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2014 16:16 (UTC +04:00)
Bu gün Gəncə şəhər 39 saylı orta məktəbin əsaslı təmirdən sonra təntənəli açılışı olub. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Gəncə şəhər 39 saylı tam orta məktəbin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Bu gün Gəncə şəhər 39 saylı orta məktəbin əsaslı təmirdən sonra təntənəli açılışı olub. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Toplantıda Dövlət Himni səsləndirilib.

E.Vəliyev 15 sentyabr - Bilik Günü və məktəbin açılışı münasibətilə təhsil işçilərini, məktəbliləri, valideynləri təbrik edib, onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə və mədəniyyətin inkişafına çox böyük diqqət, qayğı göstərdiklərini, Gəncə şəhərinin də bu qayğıdan bəhrələnərək ilbəil öz nailiyyətlərini artırdığını vurğulayıb.

AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, məktəbin direktoru Nizami Rzayev, müəllim Manə Hüseynova, valideyn Nərgiz Zeynalova çıxış edərək, gündən-günə gözəlləşən və inkişaf edən Gəncədə aparılan genişmiqyaslı tədbirlərdən, o cümlədən təhsilə, mədəniyyətə göstərilən qayğıdan, şəhər rəhbərliyinin bu istiqamətdə gördüyü dəyərli işlərdən söhbət açıblar.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 növbədə fəaliyyət göstərən 930 yerlik məktəb yenidən qurularaq istifadəyə verilib və müasir avadanlıqlarla təchiz edilib. Məktəbdə 2070 nəfər şagird təhsil alır. Bu il birinci sinifdə 215 şagird oxuyacaq. Məktəbin məzunlarından 59 nəfəri tələbə adını qazanaraq ali məktəblərə qəbul olunub, onlardan 3 nəfəri xarici ölkələrdə təhsil alacaq. Bir neçə ildir ki, məktəb beynəlxalq layihələrə qoşulub. Şəhərin qabaqcıl təhsil müəssisələrindən olan bu məktəbdə yüksək səviyyəli pedaqoji kollektiv formalaşıb. Hər il məktəbi bitirən məzunlardan 50 faizi ali məktəblərə daxil olur.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya ölkəmizin inkişafına, təhsilin səviyyəsinin yüksəldilməsinə, Azərbaycanın qüdrətlənməsinə göstərdiyi xidmətlərə görə dərin minnətdarlıqlarını ifadə ediblər. Bildiriblər ki, onlara göstərilən etimadı layiqincə doğruldacaq, Vətənə layiqli vətəndaşlar yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

İcra Hakimiyyətinin başçısı E.Vəliyev məktəbin açılışı münasibətilə lenti kəsib. Sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış olub, şagird və müəllimlərlə səmimi söhbətlər aparıb, dəyərli tövsiyələrini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti