...

AMEA-da yeni kadr islahatları

Cəmiyyət Materials 17 Sentyabr 2014 17:41 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Lənkəran Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə elmlər doktoru Asəf İsgəndərov öz xahişi ilə tutduğu vəzifədən azad olunub.
AMEA-da yeni kadr islahatları

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Lənkəran Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə elmlər doktoru Asəf İsgəndərov öz xahişi ilə tutduğu vəzifədən azad olunub. AMEA-dan Trend-ə verilən məlumata görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini təyin olunub. Digər bir qərarla kimya üzrə elmlər doktoru Mina Munşiyeva qurumun elmi katibi vəzifəsinə təyin olunub.

AMEA Rəyasət Heyətinin digər qərarları ilə isə AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Nizamnaməsi və yeni strukturu təsdiq edilib.

AMEA Kibernetika İnstitutunun Xüsusi Konstruktor Bürosunun direktoru vəzifəsinə texnika üzrə fəlsəfə doktoru Qəmbər Quliyev təsdiq edilib. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

Digər bir qərarla Rasim Məlikov AMEA Kibernetika İnstitutunun Xüsusi Konstruktor Bürosunun baş mühəndisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, akademik Adil Qəribov Azərbaycan Prezidentinin 22 iyul 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.

AMEA Rəyasət Heyətinin bugünkü iclasında akademik A.Qəribovun ictimai əsaslarla Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsində saxlanılması haqqında qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti