...

Salyanda işsiz və işaxtaran vətəndaşlara 350-yə yaxın boş iş yeri təklif edib

Cəmiyyət Materials 18 Sentyabr 2014 16:39 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində keçirilən əmək yarmarkaları Salyan rayonunda davam etdirilib.
Salyanda işsiz və işaxtaran vətəndaşlara 350-yə yaxın boş iş yeri təklif edib

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində keçirilən əmək yarmarkaları Salyan rayonunda davam etdirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, aktiv məşğulluq tədbirində 15-i qeyri-dövlət sektoruna aid 41 müəssisə tərəfindən 350-yə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edilib.

Yarmarkada 102 nəfər rayon sakininə, o cümlədən sosial cəhətdən həssas qruplardan olan 4 nəfərə boş iş yerlərinə göndəriş verilib.

Tədbirdə, həmçinin 12 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı aparılıb.

Növbəti əmək yarmarkası sentyabrın 19-da Ağsu rayonunda keçiriləcək. Tədbirdə işsiz və işaxtaran vətəndaşlara 30-a yaxın müəssisə üzrə 250-dən çox boş iş yerinin təqdim olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti