...

"Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" mövzusu Slavyan ölkələrində müzakirə olunacaq

Cəmiyyət Materials 19 Sentyabr 2014 14:57 (UTC +04:00)
“Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” (ASGA) İctimai Birliyi Rusiyada “Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” mövzusunda yeni layihəyə başlayıb.
"Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" mövzusu Slavyan ölkələrində müzakirə olunacaq

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

"Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası" (ASGA) İctimai Birliyi Rusiyada "Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" mövzusunda yeni layihəyə başlayıb.

Trend-in məlumatına görə, müsabiqə-müzakirə formatında təşkil olunacaq layihənin müddəti bir aydır. Bu barədə məlumat verən ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov layihənin əsas məqsədinin ulu öndər Heydər Əliyev irsinin dünyada tanıdılması, təbliğ edilməsindən ibarət olduğunu deyib: "Bu istiqamətdə biz bütün slavyan ölkələrində eyni formatlı layihələr reallaşdırmaq niyyətindəyik. Rusiyada bu istiqamətdə çox böyük işlər görülüb və görülməkdədir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın fəaliyyəti hər bir QHT üçün örnək olmalıdır. Biz də öz növbəmizdə bu istiqamətdə aparılan işlərdə daha yaxından iştirak etmək niyyətindəyik".

Layihə təşkilatçıları Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya Nümayəndəliyi, Ümumrusiya Azərbaycanlılarının Konqresi və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondudur. Layihənin koordinatoru Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdilidir. Layihənin bir ay ərzində reallaşdırılması nəzərdə tutulub. Müxtəlif universitetlərdə təhsil alan 15-30 yaş arası gənclər 10 oktyabr 2014-cü il tarixədək qeyd olunan mövzuda öz yazılarını aşağıdakı ünvana göndərməlidirlər. Nəticələr 15 oktyabr 2014-cü il tarixdə Moskva Millətlər Evində keçirələcək bağlanış mərasimində qeyd olunacaq. Qalibləri müxtəlif diplomlar və hədiyyələr gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti