...

İranda ilk dəfə bir neçə Su-24 qırıcısı əsaslı təmir olunub

Cəmiyyət Materials 25 Sentyabr 2014 10:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

İranlı ekspertlər ilk dəfə olaraq bir neçə Su-24 qırıcısının əsaslı təmirini həyata keçiriblər. Bu barədə Trend İranın Tasnim informasiya agentliyinə istinadən məlumat verir.

Su-24 təyyarələrinin hər biri 35 min saatlıq uçuşdan sonra Şirazdakı "Şahid Doran" aviabazasında təmir olunub.

Su-24 dəyişən oxvari qanadları, gecə və gündüz, sadə və mürəkkəb meteoroloji şəraitlərdə, eləcə də kiçik hündürlüklərdə yerüstü və suüstü hədəflərə raket-bomba zərbələrinin endirilməsi üçün nəzərdə tutulmuş Sovet/Rusiya cəbhə bombardmançısıdır.

İranın kütləvi informasiya vasitələri qeyd edirlər ki, son illər Tehran müdafiə sektorunda və hərbi texnika və sistemlərin istehsalında böyük uğurlara nail olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti