...

Məhkumların əl işləri (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2014 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu sahədə həyata keçirilən növbəti tədbirlərdən biri yeni istifadəyə verilmiş Şəki Penitensiar müəssisəsinin rejim korpuslarında müasir tipli avadanlıqlarla təchiz edilmiş istehsalat sahələrinin fəaliyyətə başlaması olub. Müxtəlif suvenirlərin istehsalını həyata keçirən sexlərdə ilkin olaraq 12 nəfər işlə təmin olunub.

Müəssisədə cəza çəkənlərin haqqı ödənilən ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində işlər davam etdirilir. Bu məqsədlə mövcud şəraitin daha da yaxşılaşdırılması üçün Penitensiar Xidmət tərəfindən yaxın gələcəkdə yeni tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti