Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/
ABŞ-ın Dövlət Departamenti və Azərbaycandakı səfirliyi oktyabrın 1-də Bakıda Amerika Təhsil Sərgisi keçirəcək.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, sərginin məqsədi bütün maraq göstərən şəxsləri bir yerdə toplayıb ABŞ universitetlərində təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir. Burada tələbələr, şagirdlər, eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən və azərbaycanlı tələbələrlə görüşə gələn ABŞ universitetinin nümayəndələri ilə görüşə biləcək, maraqlandıran suallarla onlara müraciət edə biləcəklər.
Yarmarkada 10 Amerika universiteti və digər ödənişsiz təhsil proqramları təmsil olunacaq.
Bu müəssisələrin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcək, həmçinin yarmarka iştirakçılarını materiallarla və bukletlərlə təmin edəcəklər.