...

Ordudan tərxis olunmuş gənclərlə görüş keçirildi (FOTO)

Cəmiyyət Materials 9 Oktyabr 2014 15:00 (UTC +04:00)
09 oktyabr 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində ordudan tərxis olunmuş bir qrup gənc ilə görüş keçirildi.
Ordudan tərxis olunmuş gənclərlə görüş keçirildi (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

9 oktyabr 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində ordudan tərxis olunmuş bir qrup gənc ilə görüş keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Milli Məclisin üzvü Mixail Zabelin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində İdarə rəisi, polkovnik Rövşən Əlvəndov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Zamiq Əhmədov, YAP Qaradağ rayon təşkilatının sədir Aydın Hüseynov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, müharibə əlilləri və veteranları, rayon ağsaqqalları və gənclər iştirak edirdilər.

İlk öncə tədbirə gələn qonaqlar ümummilli lider Heydər Əliyev büstü önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.

Tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov gənclərə belə yüksək dəyərin verilməsini ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, müasir zamanda dövlətimizin qarşısında duran çətinliklərin həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması ümummili lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu gün əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da dərinləşdirilir. Dövlətimizin gənclər siyasətinin əsas istiqamətlərinin gənclərin vətənpərvər ruhda böyüməsi, mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, sağlamlıqlarının qorunması və fiziki inkişafı, gənclərinin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət tərəfindən yardımların edilməsidir. Hal-hazırda bütün sahələrdə olduğu kimi qüdrətli və nizami orduya malik olmağımız məhz ulu öndər Heydər Əliyevin zəngin əməyinin bəhrəsidir. Ali Baş Komandan İlham Əliyev ümummilli liderin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğunda böyük nailiyyətlər əldə olunmuşdur.

Milli Məclisin üzvü Mixail Zabelin Prezident, Ali Baş Komandan İlham Əliyevin ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olduğunu qeyd etdi. Cəbhə bölgəsində düşmənlə üz-üzə dayanan hər bir gəncin mərdlik nümunəsi göstərdiyini fikrini səsləndirdi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi, polkovnik Rövşən Əlvandov öz növbəsində ulu öndər Heydər Əliyevin SSRİ dövründə və müstəqil olduqdan sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, milli hərbi kadrların hazırlığı məsələsinə daim diqqət yetirdiyini vurğuladı. Bildirdi ki, ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz Qafqaz regionun ən qüdrətlisidir.

Öz növbəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi İdarəsinin rəisi Novruz Rəhimov rayon ərazisindən hərbi xidmətə gedən gənclərin hər zaman yüksək əhval ruhiyyədə yola düşməsini onların vətənə, dövlətə sadiq olmalarının göstəricisi kimi qiymətləndirdi.

Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını, hərb sənətinə yiyələnmək üçün gənclərimizin ali hərbi məktəblərə getmələrini, vətənin müdafiəsi naminə canından keçməyə hazır gənclərin olduğunu vurğuladılar. Bu kimi tədbirlərin keçirilməsini gənclərdə vətənpərvərliyin daha da artmasına xidmət etdiyi qeyd olundu.

Görüşdə iştirak edən ordudan tərxis olunmuş bir qrup gənc onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək vətənin azadlığı uğrunda mübarizəyə hər zaman hazır olduqlarını bildirdilər.

Tədbirin sonunda rayon İcra hakimiyyəti tərəfindən ordudan tərxis olunmuş gənclərə dəyərli hədiyyələr, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi biletlər, rayon İcra hakimiyyətinə və rayonun qabaqcıl orta məktəblərinə "Hər şey qələbə üçün!" adlı kitab hədiyyə olaraq təqdim edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti