...

Azərbaycanda büdcədən elmə ayrılan vəsaitin məbləği 21,8 faiz artırılacaq

Cəmiyyət Materials 14 Oktyabr 2014 11:48 (UTC +04:00)
Azərbaycanda gələn il dövlət büdcəsindən elmə ayrılan maliyyə vəsaitinin məbləği 21,8 faiz artırılacaq.
Azərbaycanda büdcədən elmə ayrılan vəsaitin məbləği 21,8 faiz artırılacaq

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda gələn il dövlət büdcəsindən elmə ayrılan maliyyə vəsaitinin məbləği 21,8 faiz artırılacaq.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsində elm xərclərinə 142 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2013-cü illə müqayisədə 21,8 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət təşkilatlarında mövcud olan elmi tədqiqat müəssisələri tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönələcək.

2015-ci il elm xərclərində elmi tədqiqat layihələrinin Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün 7,6 milyon manat, latın qrafikalı kitabların çapı üçün 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və təmiri üçün 2 milyon manat, elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir laboratoriya avadanlıqlarının alınması üçün 4,9 milyon manat ayrılacaq.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun fəaliyyəti üçün 1 milyon manat vəsait nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti