...

Dövlət Baytarlıq Nəzarəti xidməti Cəlilabadda mal-qaranın kütləvi şəkildə qırılması barədə məlumatı təkzib edir

Cəmiyyət Materials 22 Oktyabr 2014 22:05 (UTC +04:00)
Bir sıra kütləvi informasiya vasitələrində Cəlilabad rayonunun Alar kəndində mal-qaranın kütləvi şəkildə qırılması barədə məlumat yayılıb.
Dövlət Baytarlıq Nəzarəti xidməti Cəlilabadda mal-qaranın kütləvi şəkildə qırılması barədə məlumatı təkzib edir

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Bir sıra kütləvi informasiya vasitələrində Cəlilabad rayonunun Alar kəndində mal-qaranın kütləvi şəkildə qırılması barədə məlumat yayılıb. Həmin məlumata görə, 60-dan çox inək tələf olub.

Trend Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Mətbuat mərkəzinə istinadən xəbər verir ki, bu məlumat Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə daxil olan kimi adı çəkilən kənddə araşdırmalar aparılıb və məlum olub ki, həmin məlumatın heç bir əsası yoxdur və ajiotaj xarakteri daşıyır.

Araşdırma zamanı o da məlum olub ki, Alar kəndində cəmi bir necə baş heyvan yaşıl otdan zəhərlənib. Onlardan 2 başı məcburi kəsilib, 1 başı qansızlaşdırılmadan tələf olub, digər heyvanlar isə yerli baytarlıq mütəxəssisləri tərəfindən müalicəyə cəlb olunub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bir daha bildirir ki, Cəlilabad rayonunun adı çəkilən kəndində heyvanlar arasında kütləvi tələfatın olması barədə yayılmış məlumatların heç bir əsası yoxdur və bu tamamilə yanlışdır.

Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkənin epizootik durumuna tam nəzarət edir.

Xəbər lenti

Xəbər lenti