...

İranın gənclər və idman naziri Bakıya gəlir

Cəmiyyət Materials 23 Oktyabr 2014 17:16 (UTC +04:00)
İranın gənclər və idman naziri Mahmud Qudərzi bazar ertəsi Azərbaycana səfər edəcək.
İranın gənclər və idman naziri Bakıya gəlir

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın gənclər və idman naziri Mahmud Qudərzi bazar ertəsi Azərbaycana səfər edəcək. Bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmməd Ayətullahi deyib.

Onun sözlərinə görə, M.Qudərzi 28-30 oktyabrda Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forum da iştirak etmək üçün Azərbaycana səfərə gəlir.

M.Ayətullahi bildirib ki, iranlı nazir, həmçinin azərbaycanlı həmkarı ilə ikitərəfli əlaqələrin inkişafı üzrə müzakirələr aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti