Azərbaycan, Bakı, 29 oktyabr /Trend/
Bakının mərkəzində içməli su olmayacaq.
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Əli bəy Hüseynzadə və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində 300 mm diametrli magistral su xətti üzərində su sərfölçəninin quraşdırılması ilə əlaqədar, 30 oktyabr 2014-cü il tarixdə gün ərzində Bülbül prospekti, S.Vurğun, C.Məmmədquluzadə və R.Rza küçələrinə içməli su məhdudiyyətlə veriləcək.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.