...

Astara Bakı ilə bəhsə girib: dağ rayonunda bulvar (FOTO)

Cəmiyyət Materials 3 Noyabr 2014 17:29 (UTC +04:00)
Astara şəhərində, Xəzər dənizinin sahilində növbəti möhtəşəm layihə həyata keçirilir. Belə ki, Astarada gözəlliyinə görə Bakı bulvarı ilə rəqabət apara biləcək park-bulvar salınır.
Astara Bakı ilə bəhsə girib: dağ rayonunda bulvar (FOTO)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Astara şəhərində, Xəzər dənizinin sahilində növbəti möhtəşəm layihə həyata keçirilir. Belə ki, Astarada gözəlliyinə görə Bakı bulvarı ilə rəqabət apara biləcək park-bulvar salınır. Artıq müasir bulvar üçün bir çox işlər görülüb.

Trend-in məlumatına görə, park-bulvarın tikintisinə 2014-cü ilin aprel ayında başlanılıb. 8 hektar bataqlıq sahədə salınan park-bulvarın tikintisi üçün 250 min kubmetrə yaxın torpaq daşınıb, sahilboyu 650 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, istirahət meydanı dəmir-beton konstruksiya ilə betonlanıb. Bulvarda 7000 kv.m travertin materialı düzülüb, sahil boyu paslanmayan borudan 600 metr məhəccər qurulub, müasir işıqlandırılma sistemi quraşdırılıb. 150-dən çox Xan çinarı, dəmirağac, palıd və müxtəlif növ dekorativ ağaclar əkilib, suvarma sistemi qurulub və 600 kv.m-lik fəvvarə tikilib. Hazırda 2 ədəd şəlalənin tikintisi, uşaqların əylənməsi üçün müxtəlif attraksionların quraşdırılması işləri aparılır.

Bulvar ərazisində 1550 kv.m ölçüdə əyləncə mərkəzinin, çay evi və kafenin, çimərlik futbolu, çimərlik voleybolu və açıq fitnes meydançalarının yaradılması nəzərdə tutulub.

Bundan əlavə, rayona gələn turistlərin və qonaqların istirahətini təmin etmək üçün bulvara yaxın ərazidə olan mövcud bina yenidən qurularaq 3 mərtəbəli hotel inşa edilib. Eyni zamanda, hotelin yaxınlığında 12 ədəd 2 mərtəbəli kottec də tikilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti