...

ARDNŞ il ərzində Gürcüstanın kilsə və monastırlarına havayı qaz verəcək

Cəmiyyət Materials 4 Noyabr 2014 17:51 (UTC +04:00)
Gürcüstan patriarxlığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) əməkdaşlıq haqqında memorandum imzalayıblar.
ARDNŞ il ərzində Gürcüstanın kilsə və monastırlarına havayı qaz verəcək

Gürcüstan, Tbilisi, 4 noyabr /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstan patriarxlığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) əməkdaşlıq haqqında memorandum imzalayıblar. Trend-in patriarxlığa istinadən verdiyi məlumata görə, memoranduma uyğun olaraq ARDNŞ il ərzində Gürcüstanın kilsə və monastırlarını qazla pulsuz təmin edəcək.

Məlumata əsasən, memorandumun imzalanması mərasimində bütün Gürcüstanın katolikos-patriarxı II İlia və ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak ediblər.

İmzalanma mərasimindən sonra II İlia ruhanilərin və Sinodun adından xüsusilə Gürcüstan pravoslav kilsəsinə göstərdiyi köməyə görə ARDNŞ-yə təşəkkür edib: "Təkcə Gürcüstan kilsəsinə deyil, həm də katolik, müsəlman və digər dini təşkilatlara göstərdiyiniz köməyə görə böyük minnətdarlığımı bildirirəm. ARDNŞ bizə dini təşkilatları təbii qazla təmin etmək imkanı verir. Ümid edirəm ki, bu kömək gələcək də davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti