...

"Mənim Gənclər Təşkilatım" layihəsi yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2014 18:44 (UTC +04:00)
"İrəli" İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə "Mənim Gənclər Təşkilatım" layihəsi artıq yekunlaşıb.
"Mənim Gənclər Təşkilatım" layihəsi yekunlaşıb (FOTO)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

"İrəli" İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə "Mənim Gənclər Təşkilatım" layihəsi artıq yekunlaşıb.

Layihə 31 oktyabr - 4 noyabr 2014-cü il tarixləri aralığında keçirilib.

"Mənim Gənclər Təşkilatım" layihəsi ümumilikdə gənclər təşkilatının quruculuğunu, onun strukturunun formalaşdırılması yönündə həyata keçirilən bir layihədir. Layihə çərçivəsində müəyyən bir gənclər təşkilatının tam şəkildə fəaliyyət göstərməsi və inkişaf etməsi üçün lazım olan katibliklərdən ibarət komandalar formalaşıb. Layihə düşərgə formatında keçirilib. Ümumilikdə gənclər təşkilatları mövcud olmayan 7 regionun gənclərini əhatə edəcək layihənin əsas məqsədi təşkilatın quruculuğu, onun strukturu, işləmə mexanizmi, idarə olunmasında yaxından tanış olunması, gənclərin iştirakı və maarifləndirilməsi, gənclərin layihədə iştirakını artırmaqla onların inkişafına dəstək olmaq olub. Həmçinin layihə çərçivəsində yeni təlim modulu yaradılıb.

Layinənin son günündə gənclərə şəhadətnamə verilib.

Xatırladaq ki, "İrəli" İctimai Birliyi Azərbaycan Respublikasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti