...

Bakıda cəzaçəkmə müəssisəsində pomidor-xiyar becəriləcək (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2014 17:20 (UTC +04:00)
Bakıda cəzaçəkmə müəssisəsində tərəvəz becərilməsi üçün istixana yaradılıb.
Bakıda cəzaçəkmə müəssisəsində pomidor-xiyar becəriləcək (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda cəzaçəkmə müəssisəsində tərəvəz becərilməsi üçün istixana yaradılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Bu məqsədlə 10 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində müasir tələblərə uyğun istixana istifadəyə verilib.

Yeni təşkil olunmuş istehsalat sahəsi 20 nəfərədək məhkumun əməyə cəlb edilməsinə şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti