...

Azərbaycanda qeyri-sabit hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək

Cəmiyyət Materials 17 Noyabr 2014 12:44 (UTC +04:00)
Azərbaycanda qeyri-sabit hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.
Azərbaycanda qeyri-sabit hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda qeyri-sabit hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

A.Verdiyev deyib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti