...

Bakıda üç küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 18 Noyabr 2014 13:46 (UTC +04:00)
Bu axşam saat 22:00-da Bakının üç küçəsində hərəkət qismən məhdudlaşdırılacaq.
Bakıda üç küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Bu axşam saat 22:00-da Bakının üç küçəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyev deyib ki, yolun hərəkət hissəsinin üfüqi nişanlanması (xətlənməsi) ilə əlaqədar M. Lermontov, Teymur Elçin və Mehdi Hüseyn küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

İşlər yaxın bir neçə saat ərzində başa çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti