...

Bakı məktəbliləri üçün Heydər Əliyevin irsi ilə əlaqədar dərslərə başlanılıb (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2014 16:56 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən ümumtəhsil məktəblərində XI sinif şagirdləri üçün Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar dərslərin keçirilməsinə başlanılıb.
Bakı məktəbliləri üçün Heydər Əliyevin irsi ilə əlaqədar dərslərə başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən ümumtəhsil məktəblərində XI sinif şagirdləri üçün Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar dərslərin keçirilməsinə başlanılıb.

İdarədən Trend-ə verilən məlumata görə, bu gündən etibarən başlayan dərslər mayın 4-dək davam edəcək. Bakı şəhəri ərazisində fəaliyyət göstərən 470 ümumtəhsil məktəbinin (məcburi köçkün məktəbləri də daxil olmaqla) ümumilikdə 22 453 nəfər XI sinif şagirdinə mayın 4-dək 264 dərs keçiriləcək.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edəcək dərslərin tədrisi ilə 150-dən çox müəllim məşğul olacaq.

Bu dərslərin təşkilində əsas məqsəd ümummilli lider Heydər Əliyevin yüksək ideyalarının, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılmasıdır. Həmçinin məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.

İlk dərs bu gün Binəqədi rayonundakı 276 nömrəli tam orta məktəbdə keçilib. "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda keçirilən dərsdə 276 nömrəli məktəbin şagirdləri ilə yanaşı, 30, 284, 297, 298 və 299 nömrəli məktəblərin şagirdləri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti