...

Rüşvətdə ittiham olunan sabiq hakim məhkəmədə ifadə verdi

Cəmiyyət Materials 25 Noyabr 2014 17:15 (UTC +04:00)
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməkdə təqsirləndirilən keçmiş hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Rüşvətdə ittiham olunan sabiq hakim məhkəmədə ifadə verdi

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir Anar Əliyev/

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməkdə təqsirləndirilən keçmiş hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə H.Əliyev ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və bildirib ki, ona qarşı irəli sürülən ittihamlar şər və böhtandır.

Məhkəmə iclası dekabrın 5-də davam etdiriləcək.

Xatırladaq ki, Rusiyadan gələn iş adamı Ramazan Səlimov Azərbaycanda "yağlı" işə düzəlmək üçün 2011-ci ildən tanıdığı E.Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi H.Əliyevlə tanış edib. H.Əliyev də R.Səlimovdan sonuncunu işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb.

Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və E.Məmmədov həbs edilib. İstintaq dövründə H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti