...

Məcburi köçkünlər də iştirak edə bilərlər

Cəmiyyət Materials 25 Noyabr 2014 20:06 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 28 noyabr 2014-cü il tarixində, saat 11:00-da Mingəçevir şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Məcburi köçkünlər də iştirak edə bilərlər

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 28 noyabr 2014-cü il tarixində, saat 11:00-da Mingəçevir şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, qəbulda yalnız Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 148) 27 noyabr 2014-cü il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə: tel: +994 (12) 512-01-14; e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti