...

Azərbaycanda peşə təhsili üzrə kurikulumlar hazırlanacaq

Cəmiyyət Materials 26 Noyabr 2014 16:24
Azərbaycanda peşə təhsili və təliminin məzmunu yenilənəcək, kurikulumlar hazırlanacaq.
Azərbaycanda peşə təhsili üzrə kurikulumlar hazırlanacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda peşə təhsili və təliminin məzmunu yenilənəcək, kurikulumlar hazırlanacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliklə Norveçin Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında "Azərbaycanda peşə təhsili və təliminin inkişafı və gücləndirilməsi" haqqında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.

Memorandumu təhsil naziri Mikayıl Cabbarov və Roqaland Təlim və Təhsil Mərkəzi Fondunun icraçı direktoru Kent Terye İnqebretsen imzalayıblar.

Memorandumun imzalanmasında məqsəd Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş milli strategiyalar əsasında Azərbaycanda peşə təhsili və təlimi (PTT) sisteminin inkişafına töhfə vermək, müasir peşə təhsili və təlimi sisteminin tələblərinə uyğun olaraq məzmunun, eləcə də metodikanın, infrastrukturun yaradılmasına kömək göstərməkdir.

"Azərbaycanda peşə təhsili və təliminin inkişafı və gücləndirilməsi" layihəsinin prioritet istiqamətləri peşə təlimi üzrə işləyən müəllim və rəhbər heyətin bacarıqlarının artırılması, peşə təhsili və təliminin məzmununun yenilənməsi, kurikulumların hazırlanması və təkmilləşdirilməsidir. Layihə çərçivəsində həmçinin müvafiq qurumlar, ilk peşə-ixtisas təhsili və sənaye müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, işəgötürənlərlə PTT müəssisələri arasında əlaqələrinin gücləndirilməsini təmin edən qanunvericiliyin yaradılması üzrə silsilə tədbirlər də həyata keçiriləcək.

Qeyd edək ki, Roqaland Təlim və Təhsil Mərkəzinə Azərbaycanda PTT sisteminin inkişaf etdirilməsi və gücləndirilməsi məqsədilə Norveç Xarici İşlər Nazirliyi tərəfindən 15,9 milyon Norveç kronu məbləğində qrant ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti