...

Dövlət Komitəsi Bakıda məsciddə yanğının baş vermə səbəbini açıqladı

Cəmiyyət Materials 26 Noyabr 2014 17:45 (UTC +04:00)
"Bu gecə 01:30-da 2 nəfər şəxs şüşə qaba yandırıcı maddə töküblər, sonra məscidin qapısını sındıraraq həmin şüşə qabı içəri atıblar".
Dövlət Komitəsi Bakıda məsciddə yanğının baş vermə səbəbini açıqladı

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İlkin İzzət/

"Bu gecə 01:30-da 2 nəfər şəxs şüşə qaba yandırıcı maddə töküblər, sonra məscidin qapısını sındıraraq həmin şüşə qabı içəri atıblar". Bunu Trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov deyib.

Onun sözlərinə görə, həmin şəxslər barəsində araşdırma aparılır: "Onları məscidə gətirən taksi sürücüsü saxlanılıb. Hazırda dindirilir. O, Gəncə şəhər sakinidir. Qaraçuxur qəsəbəsində yaşayır".

S.Heydərov bildirib ki, Qaraxaçur məscidində şiələr də, sünnilər də həmişə rahat şəkildə ibadətlərini ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti