...

Bakıda sulu qar yağacaq, Azərbaycanın bəzi ərazilərində isə 15 dərəcə şaxta olacaq

Cəmiyyət Materials 2 Dekabr 2014 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycan ərazisində havanın soyuq keçəcəyi, sulu qar və qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 3-də hava şəraitinin soyuq, yağıntılı olacağı, sulu qar yağacağı, gecəyə doğru kəsiləcəyi, şimal küləyinin güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında dekabrın 3-də havanın temperaturu səhər və gündüz 3 dərəcəyədək isti, axşama doğru isə 0 dərəcəyə yaxın olacaq.

Azərbaycanın bölgələrində hava fasilələrlə yağıntılı olacaq, sulu qar, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlədə 15, gündüz 0-5 dərəcə şaxta olacaq.

Azərbaycanda qeyri-sabit, soyuq, şaxtalı hava şəraiti dekabrın 4-nə kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti