...

"The Entertainer" oyuncaq mağazası artıq Port Baku Mall-da (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2014 10:00 (UTC +04:00)
İngiltərənin aparıcı oyuncaq mağazası “The Entertainer”-in Azərbaycanda ilk mağazasının fəaliyyətə başlaması ilə əlaqədar açılış mərasimi keçirilib.
"The Entertainer" oyuncaq mağazası artıq Port Baku Mall-da (FOTO)

İngiltərənin aparıcı oyuncaq mağazası "The Entertainer"-in Azərbaycanda ilk mağazasının fəaliyyətə başlaması ilə əlaqədar açılış mərasimi keçirilib.

Yeni açılmış mağaza "Paşa İnşaat" tərəfindən inşa edilmiş "Port Baku Mall"-un üçüncu mərtəbəsində yerləşir.

"The Entertainer" mağazasına daxil olan uşaqlar sanki möcüzələr dünyasına daxil olur, sevdikləri bütün oyuncaqlara və qəhrəmanlara rast gələ bilirlər. Yeni mağazaya səfər edən valideyn və uşaqlara gülərüz satıcılar xidmət edirlər.

Mağazanın açılışı zamanı uşaqlar, digər tədbirlər ilə yanaşı, sevdikləri qəhrəmanlar (Hello Kitty, "Power Rangers" və "Star Wars" personajları) ilə fotoşəkil çəkdirmək, "üzün rənglənməsi"-ndə iştirak etmək imkanı qazanıblar. Valideynlər ilk "The Entertainer" mağazasının açılışından məmnuniyyətlərini bildirib, mağazanın tərtibatı və çoxsaylı sərfəli təkliflərdən razı qalıblar.

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq mərasimə fəxri qonaq kimi qatılıb, ənənəvi qırmızı lenti kəsməklə və açılış nitqi söyləməklə tədbiri açıq elan edib. Nitqində səfir deyib: "Britaniya əsilli brendlərin Azərbaycana gəlişinin şahidi olmaq çox xoşdur - bu, Böyük Britaniya ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daha bir təzahürüdür".

"The Entertainer" şəbəkəsini təsis etmiş ailəni təmsil edən Dankan Qrant brendin tarixi, inkişafı və məramı barədə məlumat verib. O, qeyd edib: "Bu, fantastik dərəcədə mükəmməl qurulmuş bir mağazadır. Şübhə yoxdur - mən bu mağaza ilə fəxr edirəm. Mağazada olarkən, siz harada - Azərbaycanda və ya İngiltərədə olduğunuzun fərqini görə bilmirsiniz".

"The Entertainer" mağazalar şəbəkəsi 1981-ci ildə İngiltərənin Amerşam şəhərində ilk oyuncaqlar mağazasının açılması ilə yaradılıb. 1981-ci ildən bu günə qədər "The Entertainer" Böyük Britaniyanın ən böyük oyuncaq mağazalar şəbəkəsinə çevrilib. Hazırda şəbəkəyə 98 mağaza daxildir və orta hesabla hər ay bir yeni mağaza açılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti