...

Ümummilli Liderin əziz xatirəsi Qaradağ rayonunda ehtiramla yad olundu (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2014 11:35 (UTC +04:00)
12 dekabr 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirildi.
Ümummilli Liderin əziz xatirəsi Qaradağ rayonunda ehtiramla yad olundu (FOTO)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

12 dekabr 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirildi.

Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edirdi.

İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoydular. Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış icmaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzməklə öz dərin ehtiramlarını bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti