...

AMEA institutları qarşısında yeni şərt

Cəmiyyət Materials 17 Dekabr 2014 16:46 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutları və elmi tədqiqat müəssisələri il ərzində iki dəfə hesabat verməli olacaqlar.
AMEA institutları qarşısında yeni şərt

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutları və elmi tədqiqat müəssisələri il ərzində iki dəfə hesabat verməli olacaqlar. Bununla bağlı AMEA tərəfindən sərəncam hazırlanacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Әlizadə AMEA-nın Direktorlar Şurasının bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, hazırda institutların illik hesabatları formaldır. Bir çox hallarda isə hesabatlara - elmi nəticələrin müzakirəsinə kifayət qədər vaxt ayrılmır.

A.Әlizadə bu yeni sistemin gələn ildən tətbiq ediləcəyini söyləyib.

AMEA prezidenti təklif edib ki, buna görə institutlar il ərzində iki dəfə hesabat versinlər. Hər bir hesabat 6 aylıq müddəti əhatə etsin: "Hesab edirəm ki, hesabatlar formallıqdan uzaqlaşmır. Xarici ölkələrdə hesabatlara həftələr ayrılır. Bizdə də direktorların özləri tərəfindən bir qrafik müəyyənləşdirilə bilər. Әgər hesabatlar belə təqdim edilsə, məncə, işin keyfiyyəti də yüksələr".

O, əlavə edib ki, artıq AMEA müəssisələrinin Rəyasət Heyəti qarşısında hesabat verməsi sistemi də dəyişdirilməli, bu iş müvafiq bölmələrə həvalə edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti