...

Azərbaycan Tibb Universiteti və İran Səhiyyə Nazirliyi saziş imzalayacaqlar (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2014 15:19 (UTC +04:00)
İran Səhiyyə Nazirliyi ilə Azərbaycan Tibb Universiteti arasında əlaqələrin möhkəmləndirilməsi, təhsil sahəsində bəzi məsələlərin nizamlanması məqsədilə əməkdaşlıq sazişi imzalanacaq.
Azərbaycan Tibb Universiteti və İran Səhiyyə Nazirliyi saziş imzalayacaqlar (FOTO)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

İran Səhiyyə Nazirliyi ilə Azərbaycan Tibb Universiteti arasında əlaqələrin möhkəmləndirilməsi, təhsil sahəsində bəzi məsələlərin nizamlanması məqsədilə əməkdaşlıq sazişi imzalanacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun İran dövlətinin nümayəndə heyəti ilə görüşündə razılıq əldə olunub.

Ə.Əmiraslanov deyib ki, universitetin 1000-dən çox xarici tələbəsi var, onlar arasında türkiyəli və iranlı tələbələr üstünlük təşkil edir: "Biz daim xarici tələbələrin şəraiti ilə maraqlanırıq, problemlərini həll etməyə çalışırıq. Hazırda əcnəbi tələbələrin yaşadığı yataqxana təmirə bağlanıb".

Akademik İrandan gələn tələbələrdən razı qaldıqlarını da bildirib: "Son vaxtlar Elmi Şuranın iclaslarında onlar haqqında yüksək fikirlər daha çox eşidirəm. Zəif tələbələrin sayı xeyli azalıb".

Görüşün sonunda İran Səhiyyə Nazirliyi ilə Azərbaycan Tibb Universiteti arasında əlaqələrin möhkəmləndirilməsi, təhsil sahəsində bəzi məsələlərin nizamlanması məqsədilə əməkdaşlıq sazişinin imzalanması haqqında razılıq əldə olunub.

Görüşdə İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin, İran XİN-in Xaricdə yaşayan iranlılarla iş üzrə idarəsinin rəisi Seyid Kazım Səccadi, İran Səhiyyə Nazirliyinin Dəyərləndirmə idarəsinin müdiri Əkbəri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti