...

Azərbaycanda yeni özəl texniki peşə məktəbləri və liseyləri yaradılacaq

Cəmiyyət Materials 27 Dekabr 2014 00:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən ölkədə özəl texniki peşə məktəbləri və liseyləri yaradılacaq
Azərbaycanda yeni özəl texniki peşə məktəbləri və liseyləri yaradılacaq

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na əsasən ölkədə özəl texniki peşə məktəbləri və liseyləri yaradılacaq.

Trend-in məlumatına görə, Dövlət Proqramında qeyd olunub ki, 2016-2020-ci illərdə sənaye üzrə müxtəlif istiqamətlərdə peşə, ixtisasartırma və ixtisasdəyişmə kurslarının təşkili, tədris plan və proqramlarının hazırlanması və təkmilləşdirilməsi məqsədi ilə Peşə Tədris Mərkəzlərinin yaradılması işi həyata keçirilməlidir.

Eyni zamanda 2016-cı ildə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətinin təşkili planlaşdırılır.

Dövlət Proqramına əsasən 2016-ci ildə özəl texniki peşə məktəbləri və liseylərinin açılmasının təşviqi ilə bağlı təkliflər hazırlanması və aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulur.

Bundan başqa yaxın 3 ildə özəl sektorun cəlb edilməsi ilə ali məktəblərdə innovasiya mərkəzlərinin yaradılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti