...

Bakı Ali Neft Məktəbinin professoru Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib

Cəmiyyət Materials 9 Yanvar 2015 10:22 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professoru, texniki elmlər doktoru Fuad Vəliyev Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib.
Bakı Ali Neft Məktəbinin professoru Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professoru, texniki elmlər doktoru Fuad Vəliyev Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib. Bu barədə Trend-ə BANM-dən bildirilib.

O, elm və texnologiya sahəsindəki xidmətlərinə, uğurlu və uzunmüddətli fəaliyyətinə görə bu Assosiasiyanın üzvlük sertifikatına layiq görülüb.

Qeyd edək ki, professor Fuad Vəliyev 1993-1997, 2002-ci illərdə Türkiyə və ABŞ Universitetlərində və Elmi Mərkəzlərində dəvətli professor kimi çalışıb. 2014-cü ilin yanvar ayından Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professorudur. Bununla yanaşı, o, 120 elmi əsərin və monoqrafiyaların müəllifidir. Eyni zamanda, professor Fuad Vəliyev 20 patentin sahibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti