...

ƏƏSMN tərəfindən son bir ildə 112 nəfərə "Əmək veteranı" adı və vəsiqəsi verilib

Cəmiyyət Materials 5 Fevral 2015 11:28 (UTC +04:00)
Son bir ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən «Əmək veteranı» adı və vəsiqəsi verilən şəxslərin sayı 112 nəfər təşkil edib. Onlardan 28 nəfəri qadındır.
ƏƏSMN tərəfindən son bir ildə 112 nəfərə "Əmək veteranı"
adı və vəsiqəsi verilib

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Son bir ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən "Əmək veteranı" adı və vəsiqəsi verilən şəxslərin sayı 112 nəfər təşkil edib. Onlardan 28 nəfəri qadındır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, "Əmək veteranı" adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş Əsasnaməyə uyğun həyata keçirilir. Həmin sənədə əsasən, yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlar (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) "Əmək veteranı" adı və vəsiqəsi almaq hüququna malikdirlər.

Bu ad və vəsiqə onlara işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən, pensiyaya çıxmış şəxslərə isə sonuncu dəfə işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən verilir. Hazırkı və ya sonuncu iş yeri qeyri-dövlət müəssisəsidirsə, yaxud müəssisənin yuxarı mərkəzi icra orqanı olmadıqda, işləyən, yaxud da pensiyaya çıxmış şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Əmək veteranı" adı və vəsiqəsi ilə təmin edilirlər.

Xatırladaq ki, "Əmək veteranı" adı və vəsiqəsinin verilməsi qaydası, bunun üçün tələb olunan sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) "Fəaliyyət və xidmətlər" bölümündə müvafiq alt-bölmədə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti