...

Hicran Hüseynova: Ailədə bəzi problemləri dinlə bağlamaq düzgün deyil

Cəmiyyət Materials 6 Fevral 2015 11:10 (UTC +04:00)
"Bəzən ailəyə hansısa mənfi təsirləri, xüsusilə də erkən nikahların və qızların təhdsildən yayınması və s. problemləri dini məsələlərlə bağlamaq istəyirlər. Bu, düzgün deyil".
Hicran Hüseynova: Ailədə bəzi problemləri dinlə bağlamaq düzgün deyil

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İlkin İzzət/

"Bəzən ailəyə hansısa mənfi təsirləri, xüsusilə də erkən nikahların və qızların təhdsildən yayınması və s. problemləri dini məsələlərlə bağlamaq istəyirlər. Bu, düzgün deyil". Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün jurnalistlərə açıqlamasında bildirib.

Komitə sədri əksinə, cəmiyyətdə insanların dinə yaxın olmalarını arzuladıqlarını deyib: "İslam dini çox müasir və mütərəqqi bir dindir. İslam dini elmlə sıx bağlı olan dindir. Biz çox istəyirik ki, bizim insanlarımız dini məsələlərə yaxınlaşsınlar".

H.Hüseynova qeyd edib ki, son dövrlər istər yerli, istərsə də beynəlxalq və MDB ölkələrinin mətbuatında dərc olunan materiallarda tez-tez dini məsələlərə qayıdılır, onun mənfi təsirləri ilə bağlı fikirlər səslənir: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə imzalanmış memorandum bizə imkan verir ki, iki dövlət qurumu bu sahədə bir çox tədbirlər həyata keçirsin. Bizi xüsusilə ən çox narahat edən məsələlərdən biri ailə institutunun möhkəmləndirilməsi sahəsində ailəyə olan mənfi təsirlərin aradan qaldırılmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti