...

Azərbaycanlı abituriyentlərə Kanadada təhsil almaq fürsəti yaradılır

Cəmiyyət Materials 10 Fevral 2015 15:52 (UTC +04:00)
Azərbaycanlı abituriyentlərə Kanada universitetində təhsil almaq imkanı yaradılacaq.
Azərbaycanlı abituriyentlərə Kanadada təhsil almaq fürsəti yaradılır

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycanlı abituriyentlərə Kanada universitetində təhsil almaq imkanı yaradılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kanadanın Vaterloo Universitetinin bir qrup professoru və universitetə qəbul üzrə məsul şəxsləri fevralın 16-dan 20-dək Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Bakıdakı bir neçə orta məktəbdə riyaziyyat fənni üzrə seminarlar təşkil ediləcək, şagirdlərə riyaziyyat və kompüter elmləri sahəsində uğurlu karyera imkanları haqqında məlumat veriləcək və riyaziyyatın müxtəlif sahələrində mövcud olan maraqlı problemlər, onların həlli barədə danışılacaq.

Vaterloo Universitetinin Riyaziyyat və kompüter elmləri fakültəsinə sənəd vermək istəyən abituriyentlər üçün xüsusi görüşlər təşkil ediləcək. Fevralın 17-də və 19-da İstək liseyində abituriyentlərin ingilis dili səviyyəsi yoxlanılacaq və yüksək nəticə göstərənlər Kanada Vaterloo Universitetinə qəbul olmaq imkanı qazanacaqlar. Ətraflı məlumat almaq istəyənlər [email protected] elektron ünvanına müraciət edilə bilər.

Qeyd edək ki, hazırda Vaterloo Universitetində 50-dən çox azərbaycanlı tələbə Xaricdə Təhsil üzrə Dövlət Proqramını xətti ilə təhsil alır. Universitetin nümayəndə heyətinin Azərbaycana səfəri bu təhsil ocağının professoru, həmçinin Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun və Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyasının rəhbəri İlham Axundovun təşəbbüsü ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti