...

Bakıda saxta pul çap edən dəstə aşkar edildi

Cəmiyyət Materials 11 Fevral 2015 14:42 (UTC +04:00)
Bakıda saxta əsginaslar çap edən dəstə tutulub. Polis onların üzərindən 849 manat saxta pul və çap dəzgahı götürüb.
Bakıda saxta pul çap edən dəstə aşkar edildi

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda saxta əsginaslar çap edən dəstə tutulub. Polis onların üzərindən 849 manat saxta pul və çap dəzgahı götürüb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi, Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakinləri - 1997-ci il təvəllüdlü Elmin Qasımovdan, 1983-cü il təvəllüdlü Urfan Hacıyevdən, 1994-cü il təvəllüdlü Ceyhun Osmanovdan və 1987-ci il təvəllüdlü Ruslan Xəmmədovdan 22 ədəd 20, 6 ədəd 5 və 1 ədəd 1 manatlıq saxta əsginas aşkar olunaraq götürülüb. Onların kirayə yaşadıqları evə baxış zamanı 18 ədəd 20 və 18 ədəd 1 manatlıq saxta əskinaz və çap dəzgahı aşkarlanıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti