...

"Grant’s" anti-Sevgililər Gününü təqdim edir

Cəmiyyət Materials 11 Fevral 2015 15:49 (UTC +04:00)
Şotland viski brendi olan “Grant’s” #IOU (I Owe You – Mən sənə minnətdaram) adlı qlobal kampaniyası çərçivəsində MDB ölkələrində sosial şəbəkələrdə Müqəddəs Valentin Gününə (Sevgililər Günü) həsr olunmuş fəallığa start verib.
"Grant’s" anti-Sevgililər Gününü təqdim edir

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Şotland viski brendi olan "Grant's" #IOU (I Owe You - Mən sənə minnətdaram) adlı qlobal kampaniyası çərçivəsində MDB ölkələrində sosial şəbəkələrdə Müqəddəs Valentin Gününə (Sevgililər Günü) həsr olunmuş fəallığa start verib.

"Grant's" sözügedən bayrama əhəmiyyət verməyərək təşəkkür bildirilməli dostlarla görüşməyi təklif edir.

Bu fəallığın əhəmiyyəti "Grant's"ın rəsmi sosial şəbəkə səhifələrində Sevgililər Gününün heyterlərinə (ədavətkarlarına) həsr olunmuş statusda istənilən şəxs qızla görüş zamanı dostunun ona nə cür yardım etməsi (və ya bu görüşün qarşısını alması) barədə şərh yazmaqdan ibarətdir.

"Sevgililər Gününü sənə hər şeydən əziz insanlarla keçirmək lazımdır: dostlar və bir şüşə viski ilə! Qızlar gələr-gedərdi, kişi dostluğu isə əsl şotland viskisi kimi əbədidir", - deyə sözügedən fəallığı şərh edən "William Grant & Sons" şirkətinin MDB-də nümayəndəsi Dmitri Krivoşey bildirib.

Aktivliyin yekunlarına əsasən, ən gözəl şərhin müəllifinə 4,5 litrlik "Grant's" viski şüşəsi təqdim olunacaq.

"William Grant & Sons Ltd" - şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: "Glenfiddich", "The Balvenie", "Tullamore D.E.W.", "Grant's". Azərbaycanda brendin rəsmi distribüteri "Qafqaz Industry" şirkətidir.

Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti