...

Azərbaycanda uşaqların internet təhlükəsizliyi üzrə "Ağ siyahı" hazırlanacaq

Cəmiyyət Materials 11 Fevral 2015 17:38 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) uşaqların internet təhlükəsizliyi üzrə “Ağ siyahı” hazırlayacaq.
Azərbaycanda uşaqların internet təhlükəsizliyi üzrə "Ağ siyahı" hazırlanacaq

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) uşaqların internet təhlükəsizliyi üzrə "Ağ siyahı" hazırlayacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, RYTN tərəfindən uşaqların internet təhlükəsizliyi üzrə "Ağ siyahı"nın ("white list") hazırlanması nəzərdə tutulur. "Ağ siyahı"ya uşaqların maraq dairəsini əhatə edən, faydalı məzmuna malik veb saytlar daxil ediləcək.

Eyni zamanda, uşaqlar üçün zərərli hesab olunacaq məzmunda veb-saytların əngəllənməsi üçün qanunvericilikdə dəyişikliklər ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti