...

Azərbaycan və İran seysmoloqları birgə əməkdaşlıq etmək istəyirlər

Cəmiyyət Materials 13 Fevral 2015 13:11 (UTC +04:00)
Azərbaycan və İran seysmoloqları əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində müzakirələr aparıblar.
Azərbaycan və İran seysmoloqları birgə əməkdaşlıq etmək istəyirlər

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan və İran seysmoloqları əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində müzakirələr aparıblar.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, Tehran Universitetinin Geofizika İnstitutunun seysmoloqları AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.

RSXM-in direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli onlara mərkəzdə görülən işlər, aparılan kompleks seysmoloji, geofiziki tədqiqatlar haqqında ətraflı məlumat verib.

İranlı mütəxəssislər öz tədqiqat işləri barədə danışaraq birgə əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu vurğulayıblar.

Görüş çərçivəsində iki ölkə seysmoloqlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti