...

Cəbhəyanı bölgədə şagirdlərimizin vətənpərvərlik ruhu (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2015 16:33 (UTC +04:00)
Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə mediatur təşkil edib.
Cəbhəyanı bölgədə şagirdlərimizin vətənpərvərlik ruhu (FOTO)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Zaur Mustafayev/

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə mediatur təşkil edib.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov jurnalistlərə bildirib ki, bu, hər iki nazirliyin birgə təşkil etdiyi ikinci turdur. Mediatur çərçivəsində KİV təmsilçilərinin cəbhəyanı bölgələrdə yerləşən məktəblərin pedaqoji kollektivləri və şagirdlərlə görüşü də təşkil olunur. Ötənilki səfər Qazax-Tovuz bölgəsinə olub. Ağcabədi, Ağdam və Tərtər rayonlarına bu gün təşkil olunan səfərin təşkilində məqsəd dövlət başçısının "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamına uyğun olaraq, ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdır: "Bu məkanlara cəbhə bölgəsində yaşayan müəllimlərin, şagirdlərin əhvali-ruhiyyəsi ilə tanış olmaq məqsədilə gəlmişik. Biz Ağcabədinin Hindarx qəsəbəsindəki məktəbdə bir necə dərsdə iştirak etdik. Gördüyünüz kimi, bizim gənclər Azərbaycanın tarixi, coğrafıyası, milli kimliyimizlə bağlı suallara çox böyük həvəslə cavab verdilər. Əsgər geyimində olan gənclərimizin müxtəlif döyüş təlimlərini gördünüz. Bu, cəbhə bölgəsində yaşayan insanların yüksək döyüş hazırlığını göstərən bir əlamətdir".

KİV nümayəndələri Ağcabədinin Hindarx qəsəbə 1 nömrəli məktəbində, Ağdamın Çəmənli, Qaradağlı kənd orta məktəblərində görüş keçirib, Ağcabədinin Hindarx qəsəbəsində Milli Qəhrəman Etibar İsmayılovun xatirəsini anma mərasimində iştirak ediblər.

Səfər zamanı pedaqoji kollektiv və şagirdlərin ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətə görə Milli Qəhrəman adına layiq görülən insanlarla görüşünün keçirilməsi də nəzərdə tutulur.

Mediatur çərçivəsində şagirdlərin bölgədə yerləşən N saylı hərbi hissəyə səfəri də təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti