...

Məmur övladını qətlə yetirənlərin cəzası yüngülləşdirildi

Cəmiyyət Materials 25 Fevral 2015 15:55 (UTC +04:00)
Bu gün Bakı Apelyasiya Məhkəməsində məmur oğlunu öldürməkdə və xuliqanlıqda ittiham olunan Tural Əliyev, Elçin Baxşıyev, Seymur Fərzəliyev, Səbuhi Məmmədov və Ramin Rzayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Məmur övladını qətlə yetirənlərin cəzası yüngülləşdirildi

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Apelyasiya Məhkəməsində məmur oğlunu öldürməkdə və xuliqanlıqda ittiham olunan Tural Əliyev, Elçin Baxşıyev, Seymur Fərzəliyev, Səbuhi Məmmədov və Ramin Rzayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri üzrə qərar açıqlanıb. Qərara görə, R.Rzayev 4 il 6 ay, E.Baxşıyev 4 il 6 ay, S.Məmmədov 4 il və S.Fərzəliyev 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Əliyevin 14 il, E.Baxşıyev 5 il, S.Fərzəliyev 5 il, S.Məmmədov 5 il və R.Rzayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. E.Baxşıyev, S.Fərzəliyev və R.Rzayev məhkəmə zalından həbs ediliblər. Təqsirləndirilən T.Əliyev isə apelyasiya şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.

Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Qeyd edək ki, T.Əliyev ötən il oktyabrın 15-də saat 19:00-da Biləcəri qəsəbəsində E.Baxşıyevin "Toyoto Prado" markalı avtomaşınında qızla söhbət etdiyini görüb. Tural onlara yoldan uşaq-qadın keçdiyi üçün başqa yerə getməyi təklif edib. Bundan narazı qalan E.Baxşıyev Turala "məsələni həll etmək" üçün başqa yerdə görüş təklif edib, mobil nömrəsini ona verib. E.Baxşıyev avtomaşınla oradan uzaqlaşdıqdan sonra dostları S.Fərzəliyev və Əli Məlikovla, Tural da öz dostları R.Rzayev və S.Məmmədovla təyin olunmuş yerə gəliblər. Əvvəlcə mübahisə edib, sonra dalaşıblar. Dava zamanı T.Əliyev bıçaqla Əli Məlikovu vurub və yaralı hadisə yerində ölüb. E.Baxşıyevlə S.Fərzəliyev isə qaçıb canlarını qurtarıblar.

Öldürülən ƏMəlikov Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur. Ə.Məlikov ailənin tək oğlu imiş. Hadisə zamanı xəsarət almış digər iki şəxsin də iş adamlarının övladı olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti