...

Azərbaycanın bəzi rayonları su altında qaldı

Cəmiyyət Materials 25 Fevral 2015 16:51 (UTC +04:00)
Bir neçə gün əvvəl yağan qarın əriməsi bölgələrdə problem yaradıb.
Azərbaycanın bəzi rayonları su altında qaldı

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlkin İzzət/

Bir neçə gün əvvəl yağan qarın əriməsi bölgələrdə problem yaradıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə" daxil olmuş məlumata əsasən, Salyan, Saatlı, Sabirabad və Lənkəran şəhərlərində yağan qarın əriməsi nəticəsində həyətyanı sahələrə su dolub.

FHN-in müvafiq qurumları qeyd olunan ərazilərdə suyun çəkilməsi işlərinə cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti