...

Güləşçilər Xocalı faciəsinin qurbanlarını yad etdilər (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2015 17:48 (UTC +04:00)
Güləş üzrə ölkə yığma komandalarının üzvləri Xocalı faciəsinin qurbanlarını ehtiramla yad ediblər.
Güləşçilər Xocalı faciəsinin qurbanlarını yad etdilər (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Güləş üzrə ölkə yığma komandalarının üzvləri Xocalı faciəsinin qurbanlarını ehtiramla yad ediblər.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın üzvləri faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Abidənin qarşısına gül dəstələri qoyulub, şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.

Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri isə "Xocalıya ədalət" kampaniyasına qoşularaq, xüsusi hazırlanmış maykalar geyinərək faicə qurbanlarının xatirəsini yad ediblər.

Xocalı qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq federasiyanın inzibati binasının önündə bayraqlar aşağı endirilib və qara lentlə bağlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti